MDB-nin ekspert qruplarının yanvar ayı üçün iclaslarının gündəliyi açıqlanıb

20:03 3 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 yanvar, AZƏRTAC
MDB tərkibində fəaliyyət göstərən müxtəlif ekspert qruplarının 2016-cı ilin yanvar ayı üçün nəzərdə tutulan iclaslarının gündəliyi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 12-də MDB-nin Minskdəki mənzil-qərargahında Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayətlərlə Mübarizə Koordinasiya Şurasının iclası keçiriləcək. İclasda ekspert qrupu tərəfindən hazırlanan əsasnaməyə dəyişikliklər və əlavələrin edilməsi gözlənilir. Bu məqsədlə və layihənin yenidən razılaşdırılması üçün ekspert qrupunun əlavə iclası təyin ediləcək.
Yanvarın 13-14-də isə geodeziya və kartoqrafiya sahəsində əməkdaşlıq komissiyasının ekspert qrupunun iclası olacaq. Minskdə keçiriləcək iclasda mütəxəssislər birgə hazırladıqları layihəni müzakirə edəcəklər. Layihə qəbul edildiyi halda quruma üzv dövlətlərin hökumət başçılarının növbəti iclasında müzakirəyə çıxarılacaq.
Həmçinin yanvarın 20-21-də Belarusun paytaxtında ümumi əməkdaşlıq proqramı layihələrinin razılaşdırılması üzrə ekspert qrupunun iclası da keçiriləcək. Ekspertlər 2017-2019-cu illər üçün terrorizm və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə planlarını araşdıracaqlar.
Yanvarın 14-15-də isə Moskvada dövlət satınalmalarını tənzimləyən qayda və prosedurları hazırlayan ekspert qrupunun iclası olacaq. Bu iclasda qəbul edilən sənədlər quruma üzv dövlətlərin aidiyyəti orqanlarına göndəriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/MDB_nin_ekspert_qruplarinin_yanvar_ayi_uchun_iclaslarinin_gundeliyi_achiqlanib-915964

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR