“Ya-Sin çərəkə” nə deməkdir?

“Ya-Sin çərəkə” nə deməkdir?
21:17 3 Yanvar 2016
56 Digər
Ölkə mətbuatı
A- A+

Qurani-kərimin bəzi çox oxunan surələrini, eləcə də, məişətdə tez-tez oxunan duaları kiçik kitabça halında köçürmək ənənəsi çoxdan məlumdur.
Milli.Az islam.az-a istinadən bildirir ki, Qurani-kərimi və iri dua kitablarını gəzdirmək çətinlik törədir. Ona görə də Ya-Sin, Rəhman, Cümə və qısa surələri, Quran tapşırma, süfrə, qurbanlıq, Ramazan dualarını, hüzr və dəfn mərasimlərində oxunan duaları kiçik kitabça şəklində birləşdirirlər. Əvvəllər bunları əl xətti ilə köçürürdülər, son zamanlar isə mətbəədə çap olunur. Bu kitabçalara "çərəkə" və ya "Ya-Sin çərəkə" deyirlər. Bu sözün fars dilində "çahar, çar" (dörd) sözündən, ya da "hissə, parça" mənasını verən "çərək" sözündən qaynaqlandığını deyirlər. Keçmişdə uşaqlar mollaxanada əvvəlcə ərəb əlifbası dərsliyi əvəzinə çərəkəni oxuyub bitirir, sonra Quranı üzündən oxumağa başlayırdılar. Müasir dövrdə çərəkə əsasən ruhanilər tərəfindən istifadə edilir.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR