Səudiyyə Ərəbistanı İranla bütün diplomatik əlaqələri kəsib

Səudiyyə Ərəbistanı İranla bütün diplomatik əlaqələri kəsib
07:28 4 Yanvar 2016
65 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 yanvar, AZƏRTAC
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr mətbuata açıqlamasında ölkəsinin İran İslam Respublikası ilə bütün diplomatik əlaqələrini kəsdiyini bildirib.
Anadolu Agentliyinin məlumatına görə, nazir Səudiyyə Ərəbistanındakı iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verildiyini söyləyib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında şiə lideri şeyx Nimir Baqir əl-Nimirin edam edilməsindən sonra bu ölkənin Tehrandakı səfirliyi və Məşəd şəhərindəki konsulluğu qarşısında kütləvi aksiyalar keçirilib. Tehranda səfirliyin qarşısına toplaşanlar binanı yandırıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seudiyye_Arebistani_Iranla_butun_diplomatik_elaqeleri_kesib-916019

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR