Zərdab, 10 fevral, AzərTAc
Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi fevralın 10-da Zərdabda qastrol səfərində olub.
AzərTAc xəbər verir ki, teatrın yaradıcı kollektivi Zərdab şəhər mədəniyyət evində məktəblilər üçün tamaşa göstərib.
Məktəblilər teatrın yaradıcı kollektivinin ifasında Üzeyir Hacıbəylinin “Ər və arvad” və Abdulla Şaiqin “Tık-tık xanımın nağılı” tamaşalarına baxıblar.
Baş rollarda Hüseyn Mustafayev, Fəridə Məmmədova, Afət Əliyev, Asim Məmmədov və başqaları çıxış ediblər .
Tamaşalar məktəblilər tərəfindən böyük maraqla qarşılanıb.

Mingəçevir Dövlət Dram Teatrının kollektivi Zərdab məktəblilərinin qonağı olub
Mingəçevir Dövlət Dram Teatrının kollektivi Zərdab məktəblilərinin qonağı olub
Mingəçevir Dövlət Dram Teatrının kollektivi Zərdab məktəblilərinin qonağı olub