Messi birinci oldu, Ronaldu siyahıda yoxdur

Messi birinci oldu, Ronaldu siyahıda yoxdur
09:37 5 Yanvar 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) versiyası üzrə ötən ilin ən yaxşı pleymeykeri müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qurumun dünya ölkələrində olan nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən, siyahının ilk pilləsində "Barselona"nın hücumçusu Lionel Messi qərarlaşıb. 

O, 165 xal toplayıb. Argentinalı oyunçunun komanda yoldaşı Andres İnyesta ikinci (91 xal), "Yuventus"un sabiq futbolçusu və hazırda "Nyu-York Siti"də çıxış edən Andrea Pirlo (54 xal) üçüncü olub.

2015-ci ilin ən yaxşı 10 pleymeykerinin siyahısı belədir:

1. Lionel Messi ("Barselona") - 165 xal
2. Andres İnyesta - 91
3. Andrea Pirlo ("Yuventus"/"Nyu-York Siti") - 54
4-5. Eden Hazard ("Çelsi"), Kevin de Bruyne ("Volfsburq"/"Mançester Siti") - 22
6. Yaya Ture ("Mançester Siti") - 13
7-8. Toni Kroos, Luka Modriç (hər ikisi "Real") - 11
9-10. Xames Rodriqes ("Real"), Xavyer Pastore (PSJ) - 10

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR