Bakı, 10 fevral, AzərTAc
“Bavariya” futbol klubunun yarımmüdafiəçisi Frank Riberinin münxenlilərin ümumi qrupuna qayıtmasına az qalıb.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, Riberi deyib: “Görək, əzələm gərginliyə necə reaksiya verəcək. Amma mən “Hamburq” ilə matçda oynamaq ümidindəyəm”.
Frank Riberi 2015-ci il yanvarın sonunda zədələnib. Xatırladaq ki, “Bavariya” Çempionlar Liqasının 1/8 final mərhələsində “Şaxtyor”un rəqibidir.