"Bütün ərəb ölkələri İranla əlaqələrini kəsməlidir"

"Bütün ərəb ölkələri İranla əlaqələrini kəsməlidir"
11:22 5 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

"Ərəblər İranla üzülüşməlidirlər".

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə bəyanatı Türkiyədə yerləşən Suriya Milli Koalisiyası yayıb. Müxalifət həmçinin ərəb ölkələrini Səudiyyə Ərəbistanını müdafiə etməyə çağırıb:

"İran da Rusiya kimi Bəşər Əsəd rejimini dəstəkləyir. Biz İŞİD-ə qarşı mübarizə aparan bütün partizan dəstələrini və ölkələri Səudiyyə Ərəbistanına dəstək verməyə çağırırıq".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də şiə din alimi ayətullah Nimr Baqir ən-Nimr daxil olmaqla 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib və Tehran səfirinə ölkəni tərk etməsi üçün 24 saat vaxt verib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR