"Marca": Zidanın müqaviləsi 2018-ci ilə kimi nəzərdə tutulub

Daha öncə Zinədin Zidanın "Real"a baş məşqçi təyin olunduğu barədə məlumat vermişdik.

Metbuat.az "Marca"ya istinadən xəbər verir ki, fransız mütəxəssisin müqaviləsi 2018-ci ilə kimi nəzərdə tutulub. Xatırladaq ki, Zizu yeni iş yerində Rafael Benitesi əvəzləmişdi.

Aktivində 37 xalı olan "Real" 18 turdan sonra La Liqada 3-cü sırada qərarlaşıb. Madrid klubu Çempionlar Liqasının 1/8 finalında "Roma" ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR