SOCAR ötən il Supsa limanından 2,8 mln. ton neft ixrac edib

16:57 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Ötən il ərzində Supsa limanından ümumilikdə 2 794 905 ton neft ixrac edilib ki, bu da 2014-cü ilin göstəricisindən 5% azdır.
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/oten-il-socar-supsa-limanindan-2-8-mln-tona-yaxin-xam-neft-ixrac-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR