"Neft Daşları"nda yeni quyu qazılır

"Neft Daşları"nda yeni quyu qazılır
18:53 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Neft Daşları” yatağındakı 418A saylı estakadayanı meydançadan 2617 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1070 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR