Bakıda bu avtobusun yolu dəyişdirildi

Bakıda bu avtobusun yolu dəyişdirildi
11:27 6 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda "BakuBus"a məxsus 5 nömrəli marşrut avtobuslarının hərəkət xəttində dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, paytaxtın Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından "BakuBus"ın 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusları "JW Marriott Abşeron" otelinin arxa küçəsi ilə hərəkət edir.

Pünhan Mirzə
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR