"Barselona" "Espanyol"u qol vurmağına peşman etdi - Video

İspaniya Kral kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

"Barselona" "Kamp Nou"da "Espanyol"u qəbul edib. Baş məşqçi Luis Enrike Arda Turana əsas heyətdə yer verib. Türkiyəli futbolçu "Barselona"nın heyətində ilk oyununa çıxıb.

9-cu dəqiqədə "Espanyol" Kaysedonun vurduğu qolla hesabda önə keçib. Ancaq qonaqlar qol vurmaqlarına peşman olublar. Birinci hissənin sonuna kimi Leo Messi dublunu rəsmiləşdirib. 49-cu dəqiqədə Jerar Pike fərqi artırıb. Matça Neymar nöqtə qoyub. 4:1 hesabı ilə qələbə qazanan "Barselona" 1/4 final öncəsi böyük üstünlük əldə edib.

İspaniya Kral kuboku

1/8 final, birinci oyun

"Barselona" - "Espanyol" - 4:1

Qollar: Messi, 13; 44, Pike, 49, Neymar, 88 - Kaysedo, 9

Oyunun video icmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR