Onunla mövsümün sonunda daha 1 il uzadıla bilməsi şərtilə 6 aylıq müqavilə imzalanıb. Hazırda kluba Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası tərəfindən transfer qadağası qoyulduğundan, Devis sanksiya aradan qalxdıqdan sonra "Qalatasaray"ın heyətində oyunlara çıxa biləcək.
Qeyd edək ki, Çak Devis ABŞ-ın Alabama ştatında anadan olub. O, 5 ilə yaxındır Azərbaycan yığmasının üzvüdür.