Müvəqqəti işlər vəkili: "Kolumbiya Azərbaycanla əlaqələrin dərinləşməsində maraqlıdır"

Müvəqqəti işlər vəkili: "Kolumbiya Azərbaycanla əlaqələrin dərinləşməsində maraqlıdır"
12:12 7 Yanvar 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ "Kolumbiya Azərbaycanla əlaqələrin dərinləşməsində maraqlıdır". "Report" xəbər verir ki, bunu Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Əsad Xater Penya deyib.
Azərbaycandakı diplomatik missiyasının sona çatması ilə bağlı tədbir keçirən diplomat xatırladıb ki, iki ölkə arasında diplomatik münasibətlər 20 ildən çoxdur mövcuddur, Bakıda Kolumbiya səfirliyi isə ötən il açılıb.
"Kolumbiya prezidenti Santos və xarici işlər naziri Olgin diplomatik nümayəndəliyin açılması üçün çox səy göstərib. Biz əsas diqqəti mədəniyyət tədbirlərinə ayırdıq. Ümid edirəm ki, səfirlik gələcəkdə daha böyük işlər görəcək", - deyə X.Ə.X.Penya bildirib.
Diplomat iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, eləcə də ölkələrin regionları arasında da əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Ticarət əlaqələrindən danışan müvəqqəti işlər vəkili bu istiqamətdə müəyyən addımlar atıldığını qeyd edib və gələcəkdə də işlərin davam etdiriləcəyinə ümidvar olduğunu deyib: "Ölkələrimiz arasında ticarət dövriyyəsi aşağıdır. Kənd təsərrüfatı, turizm, maşınqayırma, neft hasilatı sahəsində əməkdaşlığı artırmaq istərdik".
Səfir, həmçinin onun yerinə gələcək diplomat Marta Qallindonun üzümüzə gələn həftə Bakıya gələcəyini bildirib.
Qeyd edək ki, X.Ə.X.Penya bundan sonra Kolumbiyanın Cenevrədəki daimi nümayəndəliyində çalışacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/muveqqeti-isler-vekili-kolumbiya-azerbaycanla-elaqelerin-derinlesmesinde-maraqlidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR