Mərkəzi Bank “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verib

16:32 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 16:29 ]

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 30 dekabr tarixli qərarı ilə “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, Türkiyənin “T.C. Ziraat Bankası”nın müraciətinə Mərkəzi Bankda qanunvericiliyə müvafiq olaraq baxılıb. Bank lisenziyası üçün zəruri olan tələblərin icra olunduğu müəyyən edilərək müraciət müsbət qiymətləndirilib.

 

Geniş beynəlxalq şəbəkəyə malik Türkiyə bankının Azərbaycanda təmsilçilik statusunun dəyişilməsi iki ölkənin bank sektoru arasında əlaqələri daha da genişləndirməklə bank sektorunda rəqabətin güclənməsinə və sektorun ümumilikdə inkişafına xidmət edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR