Tretyakov qalereyasında Tahir Salahovun əsərləri sərgilənəcək

Tretyakov qalereyasında Tahir Salahovun əsərləri sərgilənəcək
14:43 7 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Moskvada Tretyakov Qalereyasında ilk dəfə dünya şöhrətli fırça ustası, Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun əsərləri sərgilənəcək.
AZƏRTAC qalereyanın saytına istinadla xəbər verir ki, “Günəş zenitdə” adlanan sərgi yanvarın 22-si açılacaq. Qalereyanın 160 illiyinə həsr olunmuş sərgi martın 20-dək davam edəcək.
Sərgidə “sərt üslubun” liderlərindən biri olan rəssamın Tretyakov qalereyası, Dövlət Rus Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Tahir Salahovun ev-muzeyinin ekspozisiyasından və şəxsi kolleksiyalardan əsərləri nümayiş ediləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR