Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycanın hüquq-mühafiə orqanları Nardaran Ağsaqqalar Şurasının sədri Natiq Kərimovu saxlayıblar.
"Report"un əldə etdiyi məlumata görə, onun barəsində cinayət işi açılıb. N.Kərimov Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə şübhəli bilinir.
Hazırda N.Kərimovu Səbail Rayon Məhkəməsinə aparırlar. O, məhkəmə qarşısına çıxarılacaq və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilən təqdimata baxılacaq.