İran Səudiyyə Ərəbistanına Ümrə və Həcc ziyarətlərini dayandırdı

İran Səudiyyə Ərəbistanına Ümrə və Həcc ziyarətlərini dayandırdı
17:19 7 Yanvar 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

İranın Nazirlər Kabinetinin bu gün keçirilən fövqəladə toplantısında Səudiyyə Ərəbistanından ölkəyə bütün növ məhsulların idxalının qadağan olunmasına qərar verilib. 
 
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran prezidentinin rəsmi saytında (president.ir) bildirilib. Məlumata görə,Nazirlər Kabineti Səudiyyə Ərəbistanda istehsal olunan və ya bu ölkədən ixrac edilən malların İranın bütün gömrük və sərhəd buraxılış məntəqələrindən (xüsusi iqtisadi və azad zonalar daxil) ölkəyə girişini qadağan edib. Həmçinin qərara alınıb ki, ikinci qərar qəbul edilənədək İrandan Səudiyyə Ərəbistanına Ümrə və Həcc ziyarətləri dayandırılsın.
 
Fövqəladə toplantıya prezident Həsən Ruhani başçılıq edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227848

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR