"NazLifan" divara çırpılıb, ölən var

"NazLifan" divara çırpılıb, ölən var
20:42 7 Yanvar 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafada avtomobil divara çırpılıb, ölən var. 

APA-nın verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 467-ci kilometrliyində, Ağstafa rayonu ərazisində qeydə alınıb.

Rayon sakini, 1989-cu il təvəllüdlü Oruc Telman oğlu Əliyev idarə etdiyi "NazLifan" markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxıb və yolun kənarında olan divara çırpılıb.

Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR