"Elm haqqında qanun"da nələr dəyişəcək? - VİDEO

"Elm haqqında qanun"da nələr dəyişəcək? - VİDEO
21:12 7 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Alimlər etdikləri ixtiraya görə istehsal müəssisələrindən gəlir əldə edə, eyni zamanda sahələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər. Yeniliklərin nədən ibarət olduğunu Milli Məclisin Elm Və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibəyli açıqlayıb.

Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, Azərbaycanda elmi fəaliyyət göstərən insanlar eyni zamanda onların ixtiralarından istifadə edənlərdən qazanc əldə edəcəklər. Bu Milli Məclisdə birinci oxunuşdan keçən təhsil haqqında qanuna edilməsi gözlənən əlavə təkliflərdə öz əksini tapıb. Parlamentin elm və təhsil komitəsinin sədri İsa Həbibəyli elm haqqında qanuna bir sıra dəyişikliklərin edilməsini zamanın tələbi adlandırıb.

Yeni edilən təkliflərdə elm adamlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olması də var. Bu yeniliyin tətbiqi ilə elm adamları yalnız təcrübələrini nəzəri olaraq deyil, praktiki olaraq da icra etməklə öz fəaliyyətlərini daha da stimullaşdıra biləcəklər.

Elm haqqında qanuna edilən yeni təkliflərdən biri də sahə elminin, yəni Elmlər Akademiyasından kənarda elmlə məşğul olan müəssisələrinin fəaliyyəti ilə bağlıdır. Məqsəd elmin tək mərkəzdə yox, daha geniş sferada inkişafına nail olmaqdır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR