"Qarabağ" italyanları qabaqladı

"Qarabağ" italyanları qabaqladı
01:31 8 Yanvar 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının siyahısını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, siyahıda Azərbaycanın 3 klubu yer alıb.

Ən yaxşı göstəriciyə "Qarabağ" klubu sahibdi. Ağdam klubu 77-ci pillədə qərarlaşıb. 142 xalı olan "Qarabağ" "Valensiya" ilə eyni pilləni bölüşür. Təmsilçimiz Münhenqladbax "Borussiya"sı, "Qalatasaray", Milan "İnter"i kimi məşhur klubları qabaqlayır.

“Qəbələ” 116 xalla 124-cü pillədə qərarlaşıb. "Qırmızı-qaralar" bu pilləni "Rosario Sentral" (Argentina), "Herediano" (Kosta Rika), "Torino" (İtaliya) və "Seongnam" (Çin) klubları ilə bölüşür. "Qəbələ" "Everton", Lion "Olimpik"i, "Rubin" kimi klubları geridə qoyub.


İFFHS loqosu

Bakı “İnter”i 192-ci pilləni tutur. Aktivində 92 xal olan "bankirlər" "Varri Volves" (Nigeriya), "Pünik" (Ermənistan) və "Tun"la (İsveçrə) şərikdi. "İnter" Braziliyanın "Fluminense", İngiltərənin "Leyçester", Hollandiyanın "Qroningen" klublarını qabaqlayıb.

Qeyd edək ki, siyahıya “Barselona” başçılıq edir - 379 xal. “Yuventus” 286 xalla 2-ci, “Napoli” 268 xalla 3-cüdü. İlk "10-luq"da həmçinin "Bavariya", PSJ, "Real", "Santa Fe", "Fiorentina", "River Pleyt" və "Volfsburq" qərarlaşıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR