Soros: "Yeni maliyyə böhranı olacaq"

Soros: "Yeni maliyyə böhranı olacaq"
07:22 8 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarları böhranla üzləşirlər və sərmayəçilər daha ehtiyatlı olmalıdırlar.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə amerikalı milyarder Corc Soros Şri Lankada keçirilən iqtisadi forumda bildirib.  
 
Sorosun fikrincə, böhran Çinin yeni inkişaf modeli tapmaq cəhdləri və yuanın devalvasiyası ilə bağlıdır. İnkişaf etməkdə olan ölkələrin müsbət faiz dərəcələrinə qayıtması daha bir problem oldu. Soros hazırkı vəziyyətin ona 2008-ci ilin böhranını xatırlatdığını bildirib.    
 
"Çin nizamlanma ilə bağlı ciddi problemlərlə üzləşib. Mən deyərdim ki, bu böhranla eynidir. Maliyyə bazarlarına nəzər saldıqda, mən 2008-ci ilin böhranını xatırladan ciddi problemlərin olduğunu görürəm", deyə Soros qeyd edib.   
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR