Türkiyə Rusiya ilə ticarətdəki itkiləri Azərbaycan və Qazaxıstan hesabına aradan qaldıracaq

Türkiyə Rusiya ilə ticarətdəki itkiləri Azərbaycan və Qazaxıstan hesabına aradan qaldıracaq
12:07 8 Yanvar 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Türkiyə Azərbaycan və Qazaxıstanla fərqli ticarət müqaviləsi imzalayacaq.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin İqtisadiyyat Nazirliyi bununla bağlı "yol xəritəsi" hazırlayıb.
Məlumata əsasən, nazirlik Rusiya ilə ticarətdəki itkilərin yerini "Pereferensial (Üstünlük verilən) ticarət və sərbəst ticarət anlaşmaları" əsasında Azərbaycan və Qazaxıstanla ticarətin həcmini artırmaqla doldurmağı nəzərdə tutub.
Xəbərə görə, bu anlaşma 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, "Pereferensial və Sərbəst Ticarət" anlaşmalarında gömrük rüsumlarının endirilməsinə, kənd təsərrüfatı kimi sahələrə sərmayə qoyuluşunun artılmasına üstünlük verilir. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-rusiya-ile-ticaretdeki-itkileri-azerbaycan-ve-qazaxistan-hesabina-aradan-qaldiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR