Bakının yeni yolu (VİDEO)

Bakının yeni yolu (VİDEO)
22:16 8 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtın Əhməd Cəmil küçəsi təmirdən sonra sürücülərin istifadəsinə verilib.

ANS TV-nin məlumatına görə, uzun müddətdirki bu yolun təmir olunmaması səbəbindən çala-çuxurlar yaranmışdı. Bu isə nəqliyyat vasitələrinini hərəkəti üçün müəyyən çətinliklər yaranırdı. Sadalanan səbəblər əsasında yolda təmir-bərpa işlərinə başlanılıb.

Əhməd Cəmil küçəsinin əsaslı şəkildə təmir olunan hissəsi Əbdürəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən hissəsidir. Bu hissənin ümumi uzunluğu 613 metr, eni isə 12 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınıb. Daha sonra deformasiyaya uğramış köhnə yol yatağı da qazılaraq çıxarılıb və bunun əvəzinə 50-60 santimetr qalınlığında yeni yol əsası tikilib.

Kompleks şəkildə “Azəryolservis” ASC tərəfindən aparılan işlər zamanı küçə boyu yeni yağış-kanalizasiya sistemi də qurulub. Zəruri olan yerlərə 11 ədəd yeni yağış barmaqlığı qoyulub. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 31 ədəd baxış qapağı yenisi ilə əvəzlənib.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirib ki, bu yol tam müasir üsluba uyğun təmir olunaraq sürücülərin ixtiyarına verilib.

Yollların hərəkət hissəsi ilə bərabər piyada səkiləri də təmir edilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=369231

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR