Türklər İŞİD-i peşman etdi

Türklər İŞİD-i peşman etdi
14:05 9 Yanvar 2016
67 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə əsgərinin yerləşdiyi Mosul yaxınlığındakı Başika düşərgəsinə hücum edən İŞİD-ə top və tank atəşləri ilə cavab verilib.

Milli.Az publika.az-a istinadən bildirir ki, "Hürriyet"in hərbi mənbələrdən əldə etdiyi məlumata görə, dünən axşam saat 20:30-da İŞİD Başika düşərgəsinə müxtəlif tipli raketlərdən atəş açaraq hücuma keçib. Düşərgədə sünni döyüşçülərə və peşmərgəyə təlim keçən "Bordo bereli"lər və düşərgənin mühafizəsini həyata keçirən komando tağımı (mavi beretli) terror təşkilatının hücumunun qarşısını alıb.
 
Düşərgənin içinə keçmək istəyən İŞİD döyüşçüləri türk əsgərləri tərəfindən məhv edilib. Qaçmağa çalışan İŞİD-çilərə qarşı isə "M60" tanklarından və toplardan atəş açılıb. Saat 23:00-a qədər davam edən atışmada İŞİD geri çəkilib. Terror təşkilatının 18 üzvü öldürülüb.
 
Qeyd edək ki, 2015-ci il 16 dekabr tarixində də İŞİD düşərgəyə hücum etmişdi. Həmin vaxt dörd türk əsgəri yaralanmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR