"Koroğlu" operası Mersin Dövlət Opera və Balet Teatrının repertuarına daxil edilib (FOTO)

"Koroğlu" operası Mersin Dövlət Opera və Balet Teatrının repertuarına daxil edilib (FOTO)
17:33 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov dahi bəstəkar Üzeyir Hacıbəylinin Mersin Dövlət Opera və Balet Teatrında səhnələşdirilmiş “Koroğlu” operasının premyerasında iştirak etmək məqsədilə Mersin şəhərində olub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində F.Bağırov Mersinin qubernatoru Özdəmir Çakacak, Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamaz və Tarsus rayon bələdiyyəsinin sədri Şevket Can ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Azərbaycanın dahi bəstəkarı Ü.Hacıbəylinin "Koroğlu" operasının Mersin Dövlət Opera və Balet Teatrı tərəfindən səhnələşdirilməsinin iftixar doğuran bir hadisə olduğunu qeyd edən səfir bunu Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə daha bir nümunə kimi dəyərləndirib. F.Bağırov “Koroğlu” operasının səhnələşdirilməsi istiqamətində uzunmüddətli hazırlıq işlərinin görüldüyünü və səfirliyin təşəbbüsü nəticəsində Mersin Dövlət Opera və Balet Teatrının 2015-2016-cı illər üçün repertuarına daxil edildiyini diqqətə çatdırıb.

Görüşlər müddətində iki ölkə arasında münasibətlərin inkişafında Tarsus rayonunun xüsusi rolu qeyd olunub və 2011-ci ildə həmin rayonda ümummilli liderimiz Heydər Əliyevin adına körpünün, 2015-ci ildə isə ulu öndərin xatirəsinə tikilmiş parkın və onun abidəsinin açılış mərasimlərinin keçirildiyi diqqətə çatdırılıb.

Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafının xalqımızın mənəvi sifarişi olduğunu diqqətə çatdıran Mersin şəhərinin rəhbər şəxsləri Azərbaycan mədəniyyətinin ayrı-ayrı nümunələrinin, o cümlədən dahi bəstəkar Ü.Hacıbəylinin əsərlərinin Türkiyədə tanıdılmasının əhəmiyyətindən bəhs ediblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2478503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR