Bakının mərkəzindəki “kənd yolu” təmir olundu

Bakının mərkəzindəki “kənd yolu” təmir olundu
22:17 9 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Köhnə yeraltı kommunikasiya xətləri (su, istilik, qaz, elektrik və rabitə) yeniləri ilə əvəzlənib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb". 

Ötən ilin sonunda, daha dəqiq desək, noyabrın ayının 4-də "Zaman-Azərbaycan" qəzetində "Bakının mərkəzində kənd yolu" adlı bir məqalə dərc olunmuşdu. Qəzetimizin manşetində yer alan yazıda Bakının Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yolun bərbad vəziyyətdə olmasından bəhs etmişdik. Bildirmişdik ki, el arasında "Qaçqın bazarı" adı ilə məşhur olan ərazidən keçən yolda təmir işləri aparılmadığından kənd yolunu xatırladır, burada avtomobillərin hərəkəti getdikcə daha da çətinləşir. Ərazidə yaşayanlar yolun uzun müddətdir bu vəziyyətdə olduğunu qeyd etmişdilər. Küçənin Ağasadıq Gəraybəyli küçəsi ilə kəsişməsindədə vəziyyət ürəkaçan deyildi. Yağış yağanda yoldakı gölməçələr su ilə dolduğundan buradan keçən avtomobillərin zədələnməsi qaçılmaz olurdu.

Problemlə əlaqədar "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qəzetimizə açıqlamasında demişdi ki, həmin küçədə digər dövlət qurumları tərəfindən kommunikasiya xətlərinin yenilənməsi işləri görülür, bu işlər qurtarandan sonra yol təmir olunacaq.

Ərazidə çəkiliş apararkən bir taksi sürücüsü isə, yarızarafat-yarıgerçək demişdi ki, yazmağımızın bir əhəmiyyəti olmayacaq. Bu günlərdə elə həmin taksi sürücüsü zəng vurub bizə şad bir xəbər verdi. Dedi ki, həmin küçə təmir olunub, yollar müasir şəkildə rənglənib, yeni yol nişanları quraşdırılıb. Onun sözlərinə görə, yol hazırda müasir standartlara tam cavab verir.

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti yolun təmiri ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, sözügedən ərazidə artıq 500 paqon-metr köhnə səki daşları yeniləri ilə əvəzlənib: "Köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Burada ümumilikdə 6000 kvadrat metr əraziyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Sözügedən küçələrdə təmir-tikinti işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, köhnə yeraltı kommunikasiya xətləri (su, istilik, qaz, elektrik və rabitə) yeniləri ilə əvəzlənib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb". 
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR