Türklərin oyununda rus öldü

Türklərin oyununda rus öldü
01:11 10 Yanvar 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

Basketbol üzrə Avropa Liqasının Rusiyanın “Lokomotiv-Kuban” və Türkiyənin “Anadolu Efes” (78:77) arasında keçirilən oyun zamanı insident yaşanıb.

ANS PRESS-in məlumatına görə, rusiyalı azərkeş oyun zamanı infarkt keçirərək ölüb.

“Matçın sonlarında 60 yaşlı azərkeşin vəziyyəti pisləşib. O, ürəyində ağrılar hiss edib. Oyun zamanı növbə aparan iki təcili tibbi yardım xidməti onun həyatını xilas etməyə çalışıb.

Lakin azərkeşi heç təcili tibbi yardım maşınına qədər gətirmək mümkün olmayıb. O vəfat edib. Klub bütün lazım olan proseduru yerinə yetirdi, lakin faciədən qaçmaq mümkün olmadı” deyə “Lokomotiv-Kuban” klubunun bəyanatında bildirilir.


“Anadolu Efes”

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR