Əsəd Qərbin hazırladığı siyahını görmək istəyir

Əsəd Qərbin hazırladığı siyahını görmək istəyir
10:34 10 Yanvar 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

 Suriya XİN rəhbəri Valid Müallem BMT-nin Suriyaüzrə xüsusi elçisi Staffan de Misturaya rəsmi Dəməşqin yanvarın 25-də Cenevrədə keçiriləcək danışıqlarda iştirak etmək niyyətində olduğunu bildirib.  

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Müallem hökumətin danışıqlarda iştirak edəcək  müxalifət nümayəndələrinin  siyahısı ilə əvvəlcədən tanış olmaq istədiyini bildirib.

 

Yerli mətbuatın məlumatına görə, Suriya XİN rəhbəri həmçinin tərtib edilən terrorçu qruplaşmalarının siyahısı ilə də əvvəlcədən tanış olmağın zəruri olduğunu qeyd edib.    

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR