"Qəbələ" Antalyaya getdi - FOTO

"Qəbələ" Antalyaya getdi -   FOTO
15:27 10 Yanvar 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XVIII turunun “Qarabağ”la matçından (1:1) sonra istirahətə buraxılan “Qəbələ” hazırlıqlara start verir. Fanat.az xəbər verir ki, təlim-məşq prosesi Türkiyədə baş tutacaq komanda bu gün qardaş ölkəyə yollanıb.

Komandanın legioner futbolçuları da düşərgəyə Antalyada qoşulacaq. Toplanış yanvarın 27-nə kimi davam edəcək. 

Qeyd edəl ki, "Qəbələ" hazırlıq müddətində Antalyanın Belek bölgəsindəki “Gloria Sereniti” otelində məskunlaşacaq və 3 yoxlama oyunu keçirəcək. Roman Qriqorçuk yetirmələrini Almaniyanın “Osnabryuk” (16 yanvar), İsveçrənin “Sürix” (20 yanvar) və Ukraynanın “Dnepr” (24 yanvar) klubları ilə oyunlarda sınayacaq.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-antalyaya-getdi-t46690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR