Səhiyyə Nazirliyi: Naxçıvanda “donuz qripi"nə yoluxma faktının olub-olmaması ilə bağlı məlumat yaydı

Səhiyyə Nazirliyi: Naxçıvanda “donuz qripi"nə yoluxma faktının olub-olmaması ilə bağlı məlumat yaydı
13:13 11 Yanvar 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Naxçıcan Muxtar Respublikasında “donuz qripi"nə yoluxma faktı qeydə alınmayıb.

Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev Trend-ə bildirib ki, indiyədək aparılan analizlərin nəticələrinə görə, Azərbaycanda “donuz qripi” virusu aşkarlanmayıb: “Ümumiyyətlə, bizə mövsümi qriplə bağlı analizlər həmişə daxil olur. Xəstəxanalardan bizə daxil olan nümunələr yoxlanılır və virusun olub-olmamasının cavabı deyilir. Amma “donuz qripi” ilə bağlı heç bir müsbət hadisə olmayıb, cavabların hamısı mənfi olub, yəni heç bir virus aşkarlanmayıb”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR