Naməlum şəxslər Kölndə əcnəbilərə hücum edib

Naməlum şəxslər Kölndə əcnəbilərə hücum edib
13:07 11 Yanvar 2016
17 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Naməlum şəxslər bazar günü gecə saatlarında Kölndə 7 əcnəbiyə hücum edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, yerli polis təcavüzkarların şəhərdə 20 nəfərlik qrup halında hərəkət etdiyini bildirib. Onlar əvvəlcə mərkəzi vağzalın yaxınlığında 6 pakistanlıya hücum edib. Bundan sonra ictimai asayişi pozanlar qruplara bölünüb və 5 nəfərlik qrup bir suriyalıya hücum edib.
Xatırladaq ki, bundan öncə KİV-də Yeni il qabağı Kölndə mərkəzi vağzalın yaxınlığındakı meydanda əsasını miqrantların təşkil etdiyi minə yaxın gəncin ictimai asayişi pozduğu, polisə 500-ə yaxın şikayət ərizəsinin daxil olduğu barədə məlumat yayılmışdı. Hətta qadınların sataşma, təhqir etmə və təcavüzə məruz qaldığı bildirilmişdi.
İndi istintaq əcnəbilərə hücumların bu olayla bağlılığını da araşdırır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/namelum-sexsler-kolnde-ecnebilere-hucum-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR