Ukrayna hökuməti 178 müəssisənin Azərbaycan bazarına çıxması üzərində işləyir

Ukrayna hökuməti 178 müəssisənin Azərbaycan bazarına çıxması üzərində işləyir
16:08 11 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
AZƏRTAC “http://agronews.ua/” saytına istinadla xəbər verir ki, Ukrayna aqrar siyasət və ərzaq nazirinin müavini Vladislava Rutitskaya hesab edir ki, Ukrayna gələcəkdə GUAM ölkələri - Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova ilə ticarət əlaqələrini genişləndirməlidir.
V.Rutitskayanın sözlərinə görə, Ukrayna ötən il damazlıq və əmtəəlik qaramal bazarının açılması hesabına Azərbaycana ixracı genişləndirməkdə irəliləyişə nail olub.
V. Rutitskaya “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb: “Ümidvaram ki, bu ildə də irəliləyiş olacaq. Axı indi nazirliyimiz öz məhsulunu bu ölkəyə ixrac etmək istəyən 178 Ukrayna müəssisəsi üçün bazar açmaq üzərində işləyir. Əminəm ki, irəliləyiş olacaq”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR