Xəzərin Türkmənistan sahillərində tapılmış neftçinin şəxsiyyəti müəyyənləşdirilib

Xəzərin Türkmənistan sahillərində tapılmış neftçinin şəxsiyyəti müəyyənləşdirilib
17:54 11 Yanvar 2016
52 Sosial
Ölkə mətbuatı
A- A+

Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış neftçi meyitinin şəxsiyyəti müəyyənləşdirilib. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlum olub ki, meyit “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğluna məxsusdur.

Xatırladaq k, Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Rovşan” gəmisinə məlumat ötürülmüş və cəsəd gəminin göyərtəsinə qaldırılaraq Türkmənbaşı dəniz limanı istiqamətində aparılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR