“SOCAR Petrol Arama ve Üretim A.Ş.”nin Təkirdağda neft axtarışı ilə bağlı müraciəti qəbul edilməyib

“SOCAR Petrol Arama ve Üretim A.Ş.”nin Təkirdağda neft axtarışı ilə bağlı müraciəti qəbul edilməyib
17:48 11 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, Nihad Budaqov, AZƏRTAC
Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin neft işləri üzrə baş idarəsi 5 şirkətin Təkirdağ bölgəsində neft axtarışı həyata keçirmək üçün icazə sənədinin verilməsi ilə bağlı müraciətini qəbul etməyib. Həmin şirkətlər arasında “SOCAR Turkey Enerji A.Ş.”nin törəmə şirkəti olan “SOCAR Petrol Arama ve Üretim A.Ş.” də var.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Türkiyənin “Resmi Gazete”sində yer alıb.
Qeyd edək ki, keçən il avqustun 17-də Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin neft işləri üzrə baş idarəsi “SOCAR Turkey Enerji A.Ş.”yə beş il müddətində Qaziantep, Kahramanmaraş, Diyarbəkir, Adıyaman, Batman, Muş, Mardin və Şırnakda neft axtarışı həyata keçirməsi üçün icazə sənədi verib.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR