Dünyanın ən yaxşıları "Barsa" və "Real"dan çıxdı - HEYƏT

Dünyanın ən yaxşıları "Barsa" və "Real"dan çıxdı -   HEYƏT
22:22 11 Yanvar 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

FIFA ilin rəmzi komandasını açıqlayıb. Fanat.az xəbər verir ki, ən yaxşı "11-lik" bu gün İsveçrənin Sürix şəhərində keçirilən qala-gecədə elan edilib.

Rəmzi komanda demək olar ki, "Barselona" və "Real"ın oyunçularından təşkil olunub. "Barselona"nın 5, "Real"ın 4 üzvü "11-lik"də özünə yer edib. Qalan iki futbolçu isə "Yuventus" və "Bavariya"nın üzvləridi.

Rəmzi komandada Braziliyadan 4 futbolçu yer alıb. İspaniya ən yaxşı heyətdə 2, Almaniya, Fransa, Xorvatiya, Argentina və Portuqaliya 1 futbolçu ilə təmsil olunub.

Qapıçı: Manuel Noyer (Almaniya, Bavariya).
Müdafiəçilər: Tyaqo Silva (Braziliya, PSJ), Marselo (Braziliya, Real), Dani Alveş (Braziliya, Barselona), Serxio Ramos (İspaniya, Real).
Yarımmüdafiəçilər: Andres Inyesta (İspaniya, Barselona), Luka Modric (Xorvatiya, Real), Pol Poqba (Fransa, Yuventus). 
Hücumçular: Neymar (Braziliya, Barselona), Lionel Messi (Argentina, Barselona), Kriştiano Ronaldo (Portuqaliya, Real).

Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dunyann-n-yaxlar-quotbarsaquot-v-quotrealquotdan-cxd-t46723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR