Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
12:37 12 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistral yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə magistral yolun Tovuz rayonu, Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2107" və "Haval" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"da olan sərnişin, Şəmkir rayon Düyərli kənd sakini Vüsalə Bayramova xəsarət alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qadına dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR