"Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) ASC Azərbaycan Prezidentinin 2006-cı il 30 mart tarixli 1395 nömrəli "İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında" sərəncamı ilə yaradılıb.
AİŞ-in əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.