Putindən Əsədə jest (FOTO)

Putindən Əsədə jest (FOTO)
15:21 12 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Suriya lideri Bəşər Əsədə siyası sığınacaq verməyə hazırdır.

ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Bəşər Əsədə siyasi sığıncaq verilməsi haqqının tanınmasının, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş texniki mütəxəssisi Edvard Snoudenə sığınacaq verilməsi prosesindən daha tez başa gələcəyini açıqlayıb.

Qərbin "Suriyadakı daxili müharibənin bitməsi üçün Əsəd hakimiyyətdən getməlidir” fikirlərinə münasibət bildirən Putin düşünür ki, Əsədin aqibətini müzakirə etmək üçün hələ çox tezdir. Lakin günlərin birində Suriya lideri ölkəni tərk etmək məcburiyyətində qalarsa, Rusiya ona asanlıqla sığınma haqqı verə bilər.


Bəşər Əsəd - Suriya lideri


O, həmçinin vurğulayıb ki, Əsədin Rusiyaya gəlməsi Edvar Snoudenin sığınacaq almasından daha asandır. "Ancaq hələki bunun vaxtı deyil. Əvvəlcə Suriyada terroristlərə qarşı müharibə sonra çatmalı, ardınca demokrtik seçkilər keçirilməlidir. Bu seçimlərə Əsəd də qatıla bilər. Əgər xalq ondan imtina edərsə, aqibətinin necə olcağı və Rusiyaya gəlib-gəlməyəcəyi müzakirə oluna bilər”.

Mərkəzi Kəşfiyyat İdarəsinin texniki mütəxəssisi Edvard Snouden məxfi məlumatları yaymaqda günahlandırılır. Həmçinin Snouden ABŞ Milli Təhlükəsizlik agentliyinin məxfi PRISM proqramı barədə məlumatları yaymaqda ittiham edilir. Bu proqram böyük saytlarda elektron kommunikasiyaları izləməyə imkan verir.


Edvard Snouden

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR