Siyavuş Novruzov: "Partiyalar təklif və layihələrini hökumətə təqdim edə bilər"

Siyavuş Novruzov: "Partiyalar təklif və layihələrini hökumətə təqdim edə bilər"
16:19 12 Yanvar 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

“İqtidar-müxalifət dialoqu bu il də davam etdiriləcək”.

 

Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisinin deputatı Siyavuş Novruzov deyib.

 

S. Novruzov neftin qiymətinin düşməsi, manatın məzənnəsinin dəyişməsinə münasibət bildirərək deyib ki, hazırda Azərbaycanda iqtisadi böhran yoxdur: “Azərbaycanda iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafı var. Cənab prezident bir neçə gün bundan qabaq geniş müşavirə keçirdi, 2015-ci ilin yekunlarına qiymət verdi, Azərbaycanın iqtisadi artımı, qeyri-neft sektoru inkişafı ilə bağlı fikirlərini bildirdi. Həmçinin, beynəlxalq siyasət, neftin qiymətinin geosiyasi amillərlə aşağı salınması və digər məsələlərə qiymət verdi. Eləcə də, 2016-cı illə bağlı tapşırıq və tövsiyələrini verdi. Həm kənd təsərrüfatının, həm sənayenin inkişafı, həm yerli icra hakimiyyətləri tərəfindən emal müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı, vergi sistemində islahatlarla bağlı da öz fikrini açıqladı. Təbii ki, neftin qiymətinin aşağı düşməsi, valyutanın məzənnəsinin dəyişməsi ilə əlaqədar müəyyən kreditlərin qaytarılması, əmək haqları, pensiyalardır ki, bununla bağlı da cənab prezident göstərişlərini verdi. Əmək haqları və pensiyaların artırılmasının, sosial müavinətlərin artırılmaıs ilə bağlı təklif verilməsini də hökumətə tapşırdı”.

 

Onun sözlərinə görə, bu gün müxalifət partiyalarında ölkə başçısının fikirlərinə alternativ layihə təqdim etmək potensialı yoxdur: “Ancaq kiminsə layihəsi varsa, təbii ki, fikirlərini yazılı şəkildə təqdim edə bilər. Hər hansı siyasi partiya istənilən sahə üzrə təklif və layihələrini təqdim edə bilər. Əslində siyasi partiyaların funksiyası dövlətə alternativ təkliflərin verilməsindən ibarətdir. Bu baxımdan burada qəbahət yoxdur, təkliflər verilə bilər”.

 

S. Novruzov xatırladıb ki, Azərbaycanda iqtidar-müxalifət arasında dialoq var və bu proses davam etdiriləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR