"Əsas olmadan istənilən qiyməti diktə etmək soyğunçuluqdur"

"Əsas olmadan istənilən qiyməti diktə etmək soyğunçuluqdur"
16:22 12 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Heç bir əsas olmadan istənilən qiyməti diktə etmək, vətəndaşları fakt qarşısında qoymaq soyğunçuluğun bir növüdür.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Zahid Oruc Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar süni qiymət artımı ilə bağlı fikirlərini və bunun qarşısını almaq üçün verdiyi tapşırıqları şərh edərkən deyib.

Z.Oruc bildirib ki, hüquq-mühafizə orqanlarının bu məsələlərlə bağlı ciddi tədbirlər həyata keçirməsi istehlakçıların maraqlarını qorumaq üçün çox faydalıdır: "Bu, eyni zamanda, bazarın digər iştirakçılarına da bir siqnal verəcək ki, belə addımlar atmasınlar".

Z.Oruc bildirib ki, bazarda məhsulların qiyməti əsassız olaraq süni yolla artırılır: "Qiymət artımı nə ilə bağlı ola bilərdi? Hər bir məhsulun maya dəyərinə daxil olan dollar kütləsi ilə. Bu, 50-60 faiz çəkidədirmi ki, malların qiymətini devalvasiya faizi qədər qaldırırlar?"

Deputat əlavə edib ki, Azərbaycanda daxili bazarda elə böyük sayda məhsullar var ki, onların maya dəyərində əsas çəkini daxildəki xammal təşkil edir: "Belə olan tədqirdə bu məhsulların qiymətinin 60, 70, 80 faiz qaldırılması bazarda digər məhsulların rəqabət imkanını məhdudlaşdırmaq, süni qiymət artımı ilə əlavə pul qazanmaq və s ilə bağlıdır. Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət göstərdi və çox mühüm tapşırıqlar verdi. Əminəm ki, bu məsələnin bir neçə istiqamətdə həlli baş verəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR