Azərbaycanda "donuz qripi" təhlükəsinə görə mövsümi qriplə əlaqədar müayinələr artıbmı?

Azərbaycanda "donuz qripi" təhlükəsinə görə mövsümi qriplə əlaqədar müayinələr artıbmı?
16:48 12 Yanvar 2016
118 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu ilin yanvar ayında Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasına mövsümi qriplə əlaqədar təxminən 300-ə yaxın yaxma nümunəsi daxil olub. Lakin onların heç birində “donuz qripi” virusu aşkarlanmayıb.

Bunu Trend-ə Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev bildirib.

R.Abdullayev “donuz qripi” təhlükəsi ilə əlaqədar laboratoriyaya daxil olan nümunələrin sayında artımın müşahidə edilmədiyini də söyləyib: “Ötən illərdə olduğu kimi bu il də mövsümi qriplə əlaqədar mülayinələrin aparılması üçün laboratoriyaya nümunələr daxil olur. Nümunələrin sayı ötən ildə olduğu kimi stabildir. Qış aylarında mövsümi qrip halları çoxalır. Buna görə də yayla müqayisədə qış aylarında daxil olan nümunələrin sayında artım olur. Ancaq “donuz qripi” təhlükəsi ilə əlaqədar bizə heç bir nümunə daxil olmayıb”.

R.Abdullayev Azərbaycanda “donuz qripi”nə yoluxma faktlarının gizlədilməsi barədə məlumatları təkzib edib: “Əgər virus olarsa, biz bunu niyə gizlədək? Bu günədək bizim laboratoriyaya nə H1N1 virusu ilə əlaqədar heç bir nümunə daxil olub, nə də ki, bununla bağlı şübhəli hal aşkarlanıb“.

Stansiyanın direktoru “donuz qripi” ilə əlaqədar laborator müayinələrin aparılması üçün bütün şəraitin, kifayət qədər test ehtiyatının, diaqnostika imkanlarının olduğunu söyləyib: “Səhiyyə naziri Oqtay Şirəliyevin 101 saylı əmri ilə laboratoriyada müvafiq analizlərin aparılması üçün bütün şərait yüksək səviyyədə təşkil edilib”.

Qeyd edək ki, Azərbaycanla həmsərhəd olan İranda, Türkiyədə "donuz qripi"nə yoluxma halları var. Türkiyədə "donuz qripi"nin yayılma riski artır. Son 2 gündə ölkənin 35 vətəndaşında bu xəstəlik aşkar edilib. Onlardan beşi infeksiyadan dünyasını dəyişib. Bu ilin əvvəlindən "donuz qripi"ndən ölənlərin sayı isə ölkədə artıq 13 nəfər təşkil edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2479281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR