Xırdalanda fiziki qüsurlu şəhər sakininin müalicəsi üçün xeyriyyə marafonu keçirilib

Xırdalanda fiziki qüsurlu şəhər sakininin müalicəsi üçün xeyriyyə marafonu keçirilib
05:23 13 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Xırdalan, 13 yanvar, AZƏRTAC 
Abşeron rayonun inzibati mərkəzi - Xırdalan şəhərində “Samira” xeyriyyə marafonu keçirilib. Tədbir “Əlil Sahibkarlar Təşkilatı” İctimayi Birliyi və “Bestfm.az” radiosunun təşkilati dəstəyi ilə reallaşıb.
“Əlil Sahibkarlar Təşkilatı" İB-nın sədri Mirzə Məmmədvəliyev AZƏRTAC-a bildirib ki, xeyriyyə tədbiri 1-ci qrup əlil Samirə Əliyevanın müalicəsini təşkil etmək məqsədilə təşkil edilib və əldə olunan ianə onun müalicəsinə sərf olunacaq.
Tədbirdə rayon ictimayyətinin nümayəndələri, gənclər, tanınmış müğənnilər iştirak ediblər.
Xeyriyə marafonu çərçivəsində təşkil olunan konsert proqramı böyük maraqla qarşılanıb.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR