Azərbaycan, Bakı, 11 fevral /Trend/
Rusiyanın Müdafiə Nazirliyi Volqoqraddakı qəzanın səbəbləri araşdırılanadək Su-24 döyüş bombardmançı təyyarələrinin uçuşlarını dayandırmağı qərar alıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti-yə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir: "RF SQ Baş qərargah rəisinin qərarı ilə Su-24 təyyarələrinin uçuşları hadisənin səbəbləri araşdırılanadək müvəqqəti dayandırılıb".
Bundan əvvəl verilən məlumatda deyilirdi: "Təyyarə Volqoqrad yaxınlığında “Marinovka” aerodromuna yaxın ərazidə qəzaya düşüb. Göyərtədə iki ekipaj üzvü olub, onların taleyi naməlumdur”.
Ehtimala görə, təyyarənin qəzaya uğramasına səbəb texniki nasazlıq, yaxud ekipajın səhvi ola bilər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az