Praqa İstanbulda törədilən terror aktını pisləyib

Praqa İstanbulda törədilən terror aktını pisləyib
15:03 13 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Praqa, 13 yanvar, AZƏRTAC
Çexiyanın Baş naziri Boquslav Sobotka İstanbulun mərkəzində törədilən terror hücumunu qətiyyətlə pisləyib. Bu şəhərdə bomba partladılması nəticəsində 10 adam həlak olub, 15 nəfər yaralanıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verən B.Sobotka deyib: “Xaincəsinə törədilən bu vəhşi akt terrorizmin ən qatı təzahürüdür. Bu faciəli hadisə qlobal terrorizmin bütün təzahürlərinə qarşı beynəlxalq mübarizəni gücləndirməyə əminlik hissimizi təsdiq edir”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Praqa_Istanbulda_toredilen_terror_aktini_pisleyib-918075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR