[ 11 Fevral 2015 14:51 ]
Bakı – APA. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna prezidenti yanında beynəlxalq məsələlər üzrə müşavirlər Şurasının sədri təyin edilib.
APA-nın məlumatına görə, bu barədə Gürcüstanın “Pirveli radio” radiostansiyası xəbər yayıb.
Bu gün Ukrayna prezidenti Pyotr Poroşenko məsələ ilə bağlı brifinq keçirəcək. Brifinqdə M. Saakaşvili də iştirak edəcək.