ABŞ-dan neft ölkələrinə xəbərdarlıq

ABŞ-dan neft ölkələrinə xəbərdarlıq
16:32 13 Yanvar 2016
101 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya neft bazarında gərgin vəziyyət hələ bir neçə il davam edəcək.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Energetika Nazirliyinin mütəxəssisləri 2016-cı ildə neftin orta qiymətinin 25 faiz aşağı düşəcəyi proqnozunu verib. Onların hesablamasına görə, 2017-ci ildə də neftin qiyməti cari ildəki kimi aşağı səviyyədə qalacaq.

ABŞ Energetika Nazirliyinin enerji informasiyaları idarəsinin proqnozunda bildirilir ki, yaxın iki il ərzində Brent markalı neftin barelinin orta qiyməti 50 dolları keçməyəcək.

İdarənin analitikləri neftin orta qiyməti ilə bağlı əvvəlki proqnozlarından da 28 faiz aşağı düşüblər. Əgər əvvəlcə 2016-cı il üçün neftin orta qiyməti 55.78 dollar proqnozlaşdırılırdısa, indi bu rəqəm 40.15 dollar səviyyəsində müəyyən olunub.

ABŞ Energetika Nazirliyinin əməkdaşları ilk dəfə 2017-ci il üçün də rəsmi proqnoz açıqlayıblar. Onların fikrincə, gələn il Brent neftin barelinin orta qiyməti təxminən 50 dollar civarında olacaq.


Neftin qiymətinin dünya səviyyəsində aşağı olmasının səbəblərinə gəlincə, ABŞ analitikləri bunu tələb və təklif arasında balansın pozulması, eləcə də İranda neft hasilatının artması ilə izah ediblər. Onların hesablamalarına görə, 2016-cı ildə İslam respublikasında orta sutkalıq neft hasilatı 300 min barelə, 2017-ci ildə isə 500 min barelə çatacaq.

Nəticədə OPEC ölkələrində orta sutkalıq neft hasilatının həcmi 2016-cı ildə qoyulan tələbi 2 mln barel aşacaq. 2015-ci ildə OPEC-də hasilat qoyulan tələbdən 1.6 mln barel artıq olmuşdu.


ABŞ Energetika Nazirliyinin analitikləri hesabatlarında 2016-cı ildə neft bazarına müxtəlif faktorların təsir edəcəyini də qeyd edib. Bura İran neftinin bazara qayıdışı, istehlak həcmindəki dəyişikliklər və OPEC-dən kənar istehsalçıların aşağı qiymətləri qorumasına reaksiya kimi amillər daxildir.

Birjalarda Brent markalı neftin bareli isə yenidən 31 dollardan aşağı düşüb.

Ötən günsə Böyük Britaniyanın “Standard Chartered” bankının analitikləri neftin qiyməti ilə bağlı ən pessimist proqnoz vermişdilər. Onlar neftin 1 barelinə görə qiymətinin 10 dollara qədər düşə biləcəyini açıqlamış, bunu isə neft bazarında yaranmış vəziyyətlə izah etmişdilər.

Dünyanın bir çox digər bankları -“Barclays” , “Macquarie”, “Bank of America”, “Merill Lynch”, “Societe Generale” –ın açıqladığı proqnozlar da 2016-cı ildə neftin qiymətinin aşağı səviyyədə qalacağından xəbər verir.


Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevsə neftin qiymətinin belə aşağı səviyyədə qalma müddətinin hətta 10 il davam edə biləcəyi fikrini irəli sürüb.

“Mənə elə gəlir, indi neftin qiymətinin 20 dollar, 15 dollar olacağından qorxmaq lazım deyil. Bu, böyük risk deyil. Ən böyük risk odur ki, neftin qiyməti illərcə, onillik boyunca davam edəcək” deyə Ulyukayev bəyan edib.



Aleksey Ulyukayev - Rusiyanın iqtisadi inkişaf naziri


Yanvarın 8-də neftin qiyməti ilə bağlı problem Afrikanın regional CEMAC təşkilatı ilə görüşdə də müzakirə olunmuşdu. Həmin görüşdə çıxış edən Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard bildirmişdi ki, əvvəlki iqtisadi tsikllərdən fərqli olaraq, neftin çox uzun müddət bahalaşmayacağı proqnozlaşdırılır. BVF başçısı qeyd etmişdi ki, müəyyən dövrlərdə neftin reabilitasiyası mümkündür, lakin müsbət proqnozlar ancaq 2019-cu ildən sonra mümkün olacaq. Onun fikrincə, neftin qiyməti yaxın illərdə maksimum 60 dollara qədər arta bilər.



Kristin Laqard - Beynəlxalq Valyuta Fondunun rəhbəri


Göründüyü kimi, artıq əksər ölkələrin iqtisadçı analitikləri tərəfindən neftin qiyməti ilə bağlı yalnız qorxulu proqnozlar səslənməkdədir. Belə getsə, "qara qızıl" öz tarixinin ən qara səhifələrini yenidən yaşamalı olacaq. İndiki vəziyyətlə oxşar tarix 1980-ci ildə yaşanmışdı ki, həmin vaxt «Brent» markalı neftin qiyməti 36.83 dollardan 27.56 dollar səviyyəsinə düşmüşdü. Yenidən həmin səviyyəni əldə etmək üçünsə 23 il vaxt lazım olmuşdu. İndiki halda isə bu müddətin ən azı 10 ilə qədər davamlı olacağı ehtimalları dünya neft bazarında sönük iqtisadi tempin də uzunmüddətli olacağını qaçılmaz edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tamaşaçıları avtobuslarla pulsuz daşınacaq

25 Sentyabr 2017 17:28

Mübariz Qurbanlı QMİ-nin məscidlərə təyin edilən din xadimlərini “imam” adlandırmasına münasibət bildirib

25 Sentyabr 2017 17:27

“Qarabağ” – “Roma” oyununa gedənlər mütləq oxusun: POLİSDƏN XƏBƏRDARLIQ

25 Sentyabr 2017 17:24

Yaponiya erkən seçkilərə gedir

25 Sentyabr 2017 17:23

Cəlilabadda iki uşaq atası intihar edib

25 Sentyabr 2017 17:22

Dənizkənarı Milli Parkdan toplanan tullantıların həcmi açıqlanıb

25 Sentyabr 2017 17:22

Ata məktəbli qızını boğdu, sonra yandırdı

25 Sentyabr 2017 17:20

Son günlərini yaşayan "Şanxay"dan FOTOREPORTAJ - Daha burada ilanlar öpüşməyəcək

25 Sentyabr 2017 17:18

DYP “Qarabağ”-“Roma” oyunu ilə əlaqədar olaraq sürücülərə müraciət edib

25 Sentyabr 2017 17:17

"Qarabağ" - "Roma" oyununda pulsuz avtobuslar işləyəcək

25 Sentyabr 2017 17:17

Azərbaycana gətirilən qanunsuz siqaret aşkarlandı

25 Sentyabr 2017 17:14

Avtomobil qaçıran şəxs saxlanılıb

25 Sentyabr 2017 17:14

Manatın sabaha MƏZƏNNƏSİ

25 Sentyabr 2017 17:13

Sentyabrın 29-da Bakının mərkəzində YÜRÜŞ OLACAQ

25 Sentyabr 2017 17:08

“Qarabağ”–“Roma” oyununun azarkeşləri stadiona xüsusi avtobuslarla daşınacaq

25 Sentyabr 2017 17:08

"Report": Qızılın qiyməti kəskin düşəcək

25 Sentyabr 2017 17:07

PKK hücuma keçdi: 1 ölü, 5 yaralı

25 Sentyabr 2017 17:04

Çavuşoğlu: “Türkiyə hərbi əməliyyata başlayacaq”

25 Sentyabr 2017 17:03

Azərbaycanda yeni tikilən pullu yolla bağlı

25 Sentyabr 2017 17:03

Bakıda “Qarabağ”-“Roma” oyunu üçün xüsusi ekspress xətt avtobusları işləyəcək

25 Sentyabr 2017 17:02

Kərkükdə vəziyyət necədir?

25 Sentyabr 2017 17:01

İraq parlamentində Kərkükə hərbçilərin yerləşdirilməsi haqqında qərar qəbul olunub

25 Sentyabr 2017 16:57

Jurnalistlər "Qarabağ"dan nə gözləyir? - SORĞU

25 Sentyabr 2017 16:57

Bu həftə bürcləri nələr gözləyir?

25 Sentyabr 2017 16:55

Elektrik motorlu yeni "Road Rover" GƏLİR

25 Sentyabr 2017 16:53

Azərbaycanda gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkar olunub

25 Sentyabr 2017 16:52

Qadına məxsus maşını qaçıran şəxs tutulub

25 Sentyabr 2017 16:52

Azərbaycanda karantin əhəmiyyətli ziyanlı orqanizmlərin atlası hazırlanacaq

25 Sentyabr 2017 16:52

Erməni əsilli müğənni rusiyalı aparıcını təpiklədi

25 Sentyabr 2017 16:49

ABŞ-ın dünyanı alt-üst edən sirli siması KƏRKÜKƏ GƏLDİ - Kürdlərlə GİZLİ TOPLANTI

25 Sentyabr 2017 16:48

Ərdoğan və Putin arasında telefon söhbəti oldu

25 Sentyabr 2017 16:43

Azərbaycan və Acarıstan kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edib

25 Sentyabr 2017 16:42

Türkiyə XİN başçısı: “Türkmənlərə qarşı hənsısa müdaxilə olarsa, hərbi əməliyyata başlayacağıq”

25 Sentyabr 2017 16:42

Zakir Qaralov Rusiyada səfərdə olub

25 Sentyabr 2017 16:42

Ərdoğan və Putin referendum müzakirə etdi

25 Sentyabr 2017 16:41

Yardımlının dağ kəndində çətin vəziyyətdə yaşayan ailənin problemi HƏLL EDİLDİ - FOTO

25 Sentyabr 2017 16:38

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

25 Sentyabr 2017 16:37

Türkiyənin müdafiə naziri Bakıya gəlir

25 Sentyabr 2017 16:34

Worldcard 5 yaşında:

25 Sentyabr 2017 16:34

İndoneziyada vulkan təhlükəsi: Bu dəfə 50 min insan...

25 Sentyabr 2017 16:33

Yeni mərhələ: müharibə başlaya bilərmi?

25 Sentyabr 2017 16:29

Tanınmış jurnalist çətin durumda

25 Sentyabr 2017 16:29

İlkin tibbi yardım zamanı istifadə edilən yanlış üsullar - FOTOLAR

25 Sentyabr 2017 16:23

Cəbhə bölgəsində yerləşən hərbi hissədə bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib

25 Sentyabr 2017 16:22

Yevlaxda qəbirstanlıq oğruları tutldu

25 Sentyabr 2017 16:19

Daha bir xanım müğənnimiz BUNU ETDİ - VİDEO

25 Sentyabr 2017 16:18

Azərbaycanın sığorta bazarında yenidən artım başlayıb

25 Sentyabr 2017 16:17

55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - FOTO

25 Sentyabr 2017 16:13

Avtovağzalda parkinqin neçə dəqiqəsi pulsuzdur?

25 Sentyabr 2017 16:09

"Qarabağ"ın rəqibi: "Qrupun favoriti bizik"

25 Sentyabr 2017 16:07