Abdullayev və Kaladze razılığa gələ bilmədi

Abdullayev və Kaladze razılığa gələ bilmədi
17:26 13 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

“Gürcüstan qaza olan tələbatını yalnız Azərbaycan mavi yanacağı ilə ödəyə bilmir. Çünki SOCAR-ın lazımi qədər qaz ehtiyatı yoxdur. SOCAR bu il Gürcüstanın təbii qaza olan tələbatını ödəyə bilməyəcək."

ANS PRESS-in məlumatına görə, bu sözləri Gürcüstanın Energetika naziri Kaxa Kaladze deyib.

Kaladze bildirib ki, Gürcüstan “Qazprom”la bundan sonrada əməkdaşlığı davam etdirəcək:

“Yalnız “Şahdəniz -2” layihəsi reallaşdıqdan sonra (2019-cu ildə) Gürcüstan Azərbaycandan əlavə qaz tədarük edə biləcək”.


Kaxa Kaladze - Gürcüstanın Energetika naziri


Energetika naziri Azərbaycan tərəfinin Gürcüstanda qaz anbarı tikməkdə maraqlı olduğunu bildirib. Artıq bu ildən tikinti işlərinə başlanılacaq. Nazirin sözlərinə görə, Gürcüstanda təbii qazın istehlakı 2012-ci ildən demək olar ki, 38% artıb.

Gürcüstan hazırda özünü üç mənbədən qazla təmin edir. Rəsmi Tiflis gün ərzində SOCAR –dan 6 milyon, "Şahdəniz"-dən təxminən 3 milyon kubmetr qaz alır. Rusiyadan isə 2-2,5 milyon kubmetr qaz idxal edir. “Qazprom” Gürcüstana 2014-cü ildə 300 milyon kubmetr qaz satıb. Rusiya Ermənistana ötürdüyü qazının tranzit haqqının əvəzində Gürcüstana “mavi yanacaq”satır.

Bu gün isə qaz məsələsini müzakirə etmək üçün Tiflisdə SOCAR və Gürcüstan rəhbərliyinin görüşü baş tutub. Gürcüstan tərəfini baş nazir Georgi Kvirikaşvili və Kaxa Kaladze təmsil edib. Bağlı qapılar arxasında keçirilən görüşdə Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili və “SOCAR-Georgia”nın rəhbəri Mahir Məmmədov da iştirak edib.

Ötən gün K. Kaladze bildirib ki, Rusiya tərəfi Gürcüstana nəql olunan qaza görə Azərbaycandan daha ucuz qiymət təklif edir. Lakin baş nazirin müavini qiyməti açıqlamayıb. Bununla yanaşı, o qeyd edib ki, Rusiya tərəfinin təklif etdiyi qiymət SOCAR-a təqdim olunub.

2015-ci ilin sentyabr ayından başlayaraq Gürcüstanın Energetika nazizi Kaxa Kaladzenin Rusiya və İranla gizli qaz danışları apardığı barədə məlumatlar yayıldı. Qaz qalmaqalı böyüdüyü bir vaxtda Gürcüstanın baş naziri Azərbaycana, prezident İlham Əliyev isə Gürcüstana müxtəlif vaxtlarda səfərə etdi. Qarşılıqlı səfərlər vəziyyəti biraz düzəltsə də, Gürcüstan höküməti “Qazprom”dan təbii qaz almaq niyyətini sona qədər gizlətmədi.

Hazırda Gürcüstan açıq şəkildə bundan sonra da “Qazprom”la əməkdaşlıq edəcəyini açıqlayır. Gürcüstan rəhbərliyi Rusiyanın enerji siyasətinin kökündə siyasi məqsədlərin danığını isə hələ 2008-ci ildə baş verən müharibə zamanından bilir. Amma xalqın və siyasi partiyalarını etirazına baxmayaraq, Gürcüstan enerji sektorunu Rusiyanın nəzarətinə verməyə hazırlaşır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369614

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR