Azərbaycanda sərnişin avtobusu qəzaya düşdü (FOTO)

Azərbaycanda sərnişin avtobusu qəzaya düşdü (FOTO)
18:31 13 Yanvar 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusarda sərnişin avtobusu qəzaya uğrayıb. Qəzaya buzlu yol səbəb olub

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yol qəzası Qusar rayonu ərazisində-Qusar-Xudat yolunun 8 ci km-də baş verib. Xudat istiqamətindən gələn sərnişin mikroavtobusu ilə əks istiqamətdə hərəkət edən VAZ markalı avtomobil toqquşub.

Qazeldə olan 10 sərnişin arasında xəsarət alan olmasa da hər iki avtomobil ciddi zədələnib. Qazelin sürücüsü və sərnişinləri qəfildən minik avtombilinin avtobusun qarşısına çıxdığını deyirlər.

VAZ-ın sürücüsü isə qezaya sebeb kimi yolun buzlu olmasını göstərdi.

Hadisə yerinə gələn Qusar yol polisi əməkdaşları qəzanın başvermə səbəbini araşdırır.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369616

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR