"Multikulturalizm kimi bəşəri dəyərlərə Azərbaycanın münasibəti praktik müstəvidə də özünü göstərir"

"Multikulturalizm kimi bəşəri dəyərlərə Azərbaycanın münasibəti praktik müstəvidə də özünü göstərir"
18:47 13 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+

Multikulturalizm kimi bəşəri dəyərlərə Azərbaycanın münasibəti beynəlxalq səviyyəli təşəbbüslərdə praktik müstəvidə də özünü göstərir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı YAP-ın saytına müsahibəsində deyib.

M.Qurbanlı deyib ki, müasir dövr beynəlxalq aləmdə bir sıra siyasi mərkəz və dairələrin, eləcə də bəzi ölkələrin münasibətlərində təlatümlər, ziddiyyətlər, ikili standartların hakim kəsildiyi şəraitdə humanist dəyərlərin arxa plana keçməsi heç kəsə sirr deyil: "Əfsuslar olsun ki, irqçi təmayüllərin, ksenofobiya və neçə-neçə qeyri-insani yanaşma tərzinin gücləndiyi, hətta ölüm hökmü kimi mürtəce cəza növlərinin kütləvi tətbiqi ilə diqqəti çəkən dairələr az qalsın Azərbaycana insan hüquqları, yaxud din, mənəviyyat "dərs"i keçməyə çalışırlar. Qeyd olunan neqativ mənzərənin fonunda Azərbaycanda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə cənab Prezidentin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi Azərbaycan gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir".

Komitə sədri vurğulayıb ki, bu gerçəkliklər içərisində Azərbaycanın dövlət və cəmiyyət olaraq bəşəri dəyərlərə həssas və humanist münasibətinin müqabilində ölkəmizə qarşı ikili yanaşmalar xeyli dərəcədə qabarıq görünür: "Düşünürəm ki, cənab Prezidentin birbaşa diqqəti və nəzarəti ilə multikultural mühitin daha da möhkəmlənməsi və inkişafı istiqamətində görülən davamlı işlərin sistemlilik və mütəşəkkilliyini artırmaq baxımından bu sərəncamı ciddi əhəmiyyətə malik təşəbbüs olaraq qeyd etməklə yanaşı, dəyişən, qloballaşan və dəyişdikcə insan amilinə laqeydliyi ilə səciyyələnən dünya ictimaiyyətinə insan amilini, bəşəri dəyərləri bütün fəaliyyətlərin fövqündə tutan Azərbaycan Respublikasının bir mesajı kimi də dəyərləndirə bilərik".

Qeyd edək ki, 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR